AZ

Putin döyüş üçün əlavə canlı qüvvə toplayır

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hazırda ehtiyatda olan Rusiya vətəndaşları 2026-cı ildə hərbi təlim toplanış məntəqələrinə çağırılıblar. Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə onlar yenidən döyüş hazırlığı keçməlidirlər.

Reyting.az xəbər verir ki, V. Putinin sərəncamına əsasən, ehtiyatda olan rusiyalılar Silahlı Qüvvələrə, Rusiya qvardiyasına, eyni zamanda, FHN-nin hərbi hissələrinə, eləcə də dövlət mühafizəsi orqanları və "FSB"-yə təlim toplanışları üçün cəlb olunacaqlar.

Rusiya prezidenti tərəfindən hökumətə və region rəhbərlərinə hərbi toplanışların təşkilini, icrasını lazım olduğu qaydada tam təmin etmək tapşırılıb.

Rusiya prezidentinin bu sərəncamının dörd bəndindən ikisinin məxfiləşdirildiyi bildirilir.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
reyting.az

1Mənbələr