8 dekabr gecəsi Yaponiyanın şimalında baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində ən azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
APA xəbər verir ki, bu barədə baş nazir Sanae Takaiçi məlumat verib.
O, hazırda ölüm və ya itkin düşmə barədə heç bir məlumatın olmadığını vurğulayıb.
"İnsanların normal gündəlik həyatlarını davam etdirmələrini istəyirik, lakin daha güclü təkanlar baş verərsə, dərhal təxliyəyə hazır olun", - o əlavə edib.
Qeyd edək ki, dekabrın 8-nə keçən gecə Yaponiyanın şimal prefekturası Aomori şəhərinin şərqində 7,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Sakit okeanda, 50 kilometr dərinlikdə yerləşib.
Yerli seysmoloqlar əvvəlcə 7,2 bal gücündə olduğunu bildiriblər, sonradan 7,6-ya qaldırıblar və nəticədə 7,5 bal gücündə qərarlaşıblar.