BAKI, 9 dekabr. TELEQRAF
Yaponiyanın Aomori prefekturası sahillərində 6,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqrafxəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların ocağı 22 km dərinlikdə yerləşib.
Bundan əvvəl dekabrın 8-də ölkənin şimalında 7,6 bal gücündə başqa bir güclü zəlzələ qeydə alınmışdı. Nəticədə ən azı 23 nəfər xəsarət alıb.