AZ

Türkiyə futbolunda böyük əməliyyatda məşhur şəxslər həbs edildi- SİYAHI

BAKI, 9 dekabr. TELEQRAF

Türkiyə futbolunda mərc qalmaqalı ilə bağlı istintaq çərçivəsində saxlanılan şəxslərin bir çoxu barəsində məhkəmə qərar verib.

Teleqraf xəbər verir ki, aralarında tanınmış futbolçular və klub rəhbərlərinin də olduğu 20 nəfərin həbsinə qərar verib. Onlar oyun nəticələrini dəyişdirməkdə ittiham olunur.

Həbs olunanlar arasında Mert Hakan Yandaş (Fənərbaxça), Metehan Baltacı (Galatasaray), Alassane Ndao, Murat Sancak ("Adana Dəmirspor"un keçmiş rəhbəri), Ahmet Okatan, Mehmet Emin Katipoğlu, Ümit Kaya və ümumilikdə 20 nəfər var.

Hakim Zorbay Küçük də daxil olmaqla daha 10 nəfər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Keçmiş hakim və futbol şərhçisi Ahmet Çakar da istintaqa cəlb edilən şəxsər arasındadır.

Adı çəkilən şəxslər qanunsuz mərc oyunları, öz komandalarının oyunlarına mərc etmə və çirkli pulların yuyulmasında təqsirləndirilirlər.

Seçilən
15
teleqraf.com

1Mənbələr