AZ

Tramp, Avropanı Putinə satır - İngiltərəli siyasətçi

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Britaniyanın Liberal Demokrat Partiyasının lideri Ed Davey ABŞ Prezidenti Donald Tramp-ı “Kremlinə xidmət etməkdə” ittiham edib və onu “Putinin maraqlarına işləyən” adlandırıb.

TurkicWorld xəbər verir ki, Davey bu fikirləri X sosial platformasındakı paylaşımında səsləndirib. O, Kremlin sözçüsü Dmitri Peskovun “ABŞ-ın yenilənmiş milli təhlükəsizlik strategiyasını bəyəndik” açıqlamasından sonra sərt reaksiya verib.

Davey bildirib ki, Tramp-ın mövqeyi Ukraynanı və bütövlükdə Avropanı riskə atır.
“Donald Tramp, Ukraynanı və Avropanın qalanını Putinə satmaq istəyir. Buna icazə verə bilmərik.”- o, deyib.

O, həmçinin Rusiyaya məxsus dondurulmuş aktivlər mövzusuna toxunaraq Böyük Britaniyanın Baş naziri Keir Starmeri həmin vəsaitlərin müsadirəsinə çağırıb və Fransa Prezidenti Emmanuel Makron ilə Almaniya Kansleri Fridrix Merzin də bu addımı atmasının vacibliyini vurğulayıb.

Seçilən
31
turkic.world

1Mənbələr