İtaliya A seriyasında 14-cü tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun son matçında “Milan” səfərdə “Torino”nun qonağı olub.
Görüşün əvvəlində qapısında iki qol görməsinə baxmayaraq, “qırmızı-qaralar” geridönüş etməyi bacarıb.
“Torino” - “Milan” - 2:3
Qollar: Vlasiç, 10-pen., (1:0), Zapata, 17 (2:0), Rabiot, 24 (2:1), Pulişiç, 67 (2:2); 77 (2:3)
Bu qələbə sayəsində xallarının sayını 31-ə çatdıran “Milan” yenidən liderliyə yüksəlib. “Torino” isə 14 xalla 16-cı pillədə qərarlaşıb.