Məşhur televiziya aparıcısı Viktoriya Bonya Lepsin nişanlısını məhkəməyə verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bonya onu keçmişdə bədənini satmaqda günahlandıran Avrora Kibadan ictimai üzr tələb edir.
Moskva məhkəməsi Viktoriya Bonyanın Avrora Kibaya qarşı qaldırdığı iddiaya baxacaq. Televiziya aparıcısı fahişəliklə məşğul olmaqda ittiham edilib.
Ulduzlar arasındakı münaqişə hələ bu ilin iyul ayında başlayıb. Həmin vaxt Viktoriya Bonya işarə edib ki, Kiba Qriqori Lepslə sadəcə pula görə – borclarını bağlamaq üçün görüşür.
Sənətçinin nişanlısının cavabı isə özünü çox gözlətməyib. Gənc qız bəyan edib ki, Bonya keçmişdə bədənini varlı və evli kişilərə satıb.
Oktyabr ayında televiziya aparıcısı ünvanına səsləndirilən bu cür təhqiramiz ifadələrə görə məhkəməyə müraciət edib. O, qarşı tərəfdən ictimai şəkildə üzr istəməsini tələb edir.
Bu iş üzrə ilk məhkəmə iclası dekabrın 25-nə təyin edilib.

Xuraman Etibarlı
İnterpress.az