Tədbir zamanı Şahdağ Milli Parkının fəaliyyəti, son illərdə həyata keçirilən ekoloji mühafizə tədbirləri və biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat təqdim edilib. Qeyd olunub ki, ölkəmizin ən zəngin təbiət məkanlarından biri olan Şahdağ Milli Parkı zəngin landşaftı, nadir flora və faunası ilə xüsusi mühafizə olunan təbiət əraziləri arasında seçilir.
Tədbir çərçivəsində həmçinin Şahdağ Milli Parkının zəngin təbiətini əks etdirən foto və məlumatlardan ibarət sərgi nümayiş etdirilib.