İsrail Rusiyadan turist axınını artırmaq və 2026-cı ilə qədər təxminən 150 000 rusiyalı səyahətçini qəbul etmək niyyətindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İsrail Turizm Nazirliyinin baş direktoru Mixael İtjakov məlumat verib.
O deyib ki, pandemiyadan əvvəl İsrail 350 000-dən çox rus turisti qəbul edib. Baş direktor qüeyd edib ki, həmin rəqəmlərə qayıtmaq üçün fəal şəkildə çalışırlar:
"Rusiya ölkənin əsas bazarlarından biri olaraq qalır. 2025-ci ilin avqustunda Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarının İsrailə səfər etməməsinə dair tövsiyəsini ləğv edib. Turoperatorlar da Rusiya İqtisadi İnkişaf Nazirliyinin müvafiq tövsiyəni tezliklə qaldıracağını gözləyirlər ki, bu da turların satışının başlamasına zəmin yaradacaq.
İsrail Turizm Nazirliyinin Rusiyadakı nümayəndəliyinin rəhbəri Kseniya Vorontsova destinasiyanın Rusiya vətəndaşları üçün əlçatanlığını vurğuladı. Onun sözlərinə görə, hazırda Moskva, Sankt-Peterburq, Soçi və Mineralnıye Vodıdan İsrailə birbaşa uçuşlar var və yaxın vaxtlarda Krasnodar da əlavə olunacaq.
Cavid