""3+3" regional platforma görüşünün yeri ilə bağlı Azərbaycanla müzakirələr davam edir".
"Unikal" xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
"Bu görüş İrəvanda və ya Bakıda keçirilməlidir. Qarşılıqlı məqbul bir həll yolu tapmaq üçün müzakirələr davam etdiriləcək və razılıq əldə edilərsə, sizə məlumat verəcəyik".
Badalyan vurğulayıb ki, bütün tərəflərə uyğun bir şəhərin seçilməsi üçün danışıqlar aparılır və yekun qərar razılıq əldə edildikdən sonra açıqlanacaq.
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov dekabrın 8-də Azərbaycanın 3+3 regional formatının növbəti görüşünün əvvəlcə Bakıda, daha sonra isə İrəvanda keçirilməsini təklif etdiyini açıqlayıb. O əlavə edib ki, hazırkı vəziyyətdə Bakı İrəvanın bu təklifi rədd etməsi üçün heç bir səbəb görmür.