ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının X Platforması ilə bağlı cəriməsini tənqid edib və qoca qitənin çox pis istiqamətdə getdiyi barədə xəbərdarlıq edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, o, bu barədə Ağ Evdə kənd təsərrüfatı sənayesi nümayəndələri ilə görüşdə bildirib.
"Mən bunu düzgün hesab etmirəm. Avropa çox diqqətli olmalıdır",-deyə Tramp bildirib.
Ağ Ev rəhbəri Aİ ölkələrinin hazırkı siyasi kursundan narahatlığını bildirib:
""Biz Avropanı Avropada saxlamaq istəyirik. Avropa pis istiqamətdə gedir. Biz Avropanın bu qədər dəyişməsini istəmirik".
Qeyd edək ki, dekabrın 5-də Avropa Komissiyası Aİ-ni rəqəmsal qaydalarını pozduğuna görə 120 milyon avro məbləğində cərimə edib.
Fuad