AZ

Dəhşətli QƏZA: Velokuryer polis avtomobilinin QURBANI OLDU – VİDEO

Moskvada polis maşını velokuryeri vurub öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Dəhşətli qəza nəticəsində velosipedli kuryer hadisə yerində həyatını itirib.

Hadisə Moskva şəhərində baş verib. Polis əməkdaşları xidməti avtomobillə hərəkətdə olarkən velosipedlə gedən kuryeri vurublar.

Qəza zamanı zərbə o qədər güclü olub ki, kuryerin bədəni onlarla metr kənara düşüb. Aldığı ağır xəsarətlərdən zərərçəkən dünyasını dəyişib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr