AZ

Tehranda üç böyük stadionun tikilməsi planlaşdırılır

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

İran hakimiyyəti yaxın vaxtlarda Tehranda üç böyük futbol stadionu tikmək niyyətindədir və artıq ilkin işlər aparılır.

“Qafqazinfo” “SNN” telekanalına istinadən xəbər verir ki, bu haqda şəhərin meri Alireza Zakani deyib.

“Biz Tehranda 30-50 min nəfər tutumlu üç stadion tikməyi planlaşdırırıq”, - deyə siyasətçi bildirib.

Zakaninin sözlərinə görə, stadionların tikintisi üçün yer artıq müəyyən edilib və mütəxəssislər hazırda idman obyektləri üçün layihələr hazırlamaqla məşğuldurlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
qafqazinfo.az

1Mənbələr