Bakı. Trend:
Ukrayna 2026-cı ildə silah tədarükünü təmin etmək üçün PURL(Ukraynanın Prioritet Tələblər Siyahısı) proqramı çərçivəsində 15milyard dollara ehtiyac duyur.
Trend xəbər verir ki, bunuUkrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
"PURL proqramı üçün 15 milyard dollar tələb olunur. Bu il 1,5milyard dollar çatışmırdı, lakin Hollandiya bu gün 700 milyondollar ayırdı. Hazırda isə hələ 800 milyon dollar çatışır", –Zelenski vurğulayıb.
Qeyd olunur ki, PURL təşəbbüsü ABŞ Prezidenti Donald Tramp vəNATO-nun baş katibi Mark Rutte tərəfindən iyulun 14-də irəlisürülüb. Bu mexanizm NATO müttəfiqlərinə Ukrayna üçün ABŞehtiyatlarından silah əldə etməyə imkan yaradır.