AZ

Tbilisi: "Gürcüstan NATO-ya üzvlük üçün hər şey edib"




"Gürcüstan NATO-ya üzvlük üçün lazım olan hər şeyi edib və indi top alyansın meydanındadır".

Newscenter.az xəbər verir ki, bunu Gürcüstanın “Rustavi 2” telekanalına müsahibəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. O bildirib ki, getdikcə NATO-nun genişlənməsi passiv fazaya keçəcək. Papuaşvilinin sözlərinə görə, ABŞ-ın bu yaxınlarda dərc edilmiş Milli Təhlükəsizlik Strategiyasında da NATO-nun daim genişlənən alyans kimi qəbul edilməsinə son qoymalı olduğu əksini tapıb.

Qeyd edək ki, Gürcüstan 1990-cı illərin sonlarından NATO ilə əməkdaşlıq edir. 2002-ci ilin noyabrında prezident Eduard Şevardnadze Praqa sammitində ölkənin alyansa qoşulmaq istəyini bəyan edib. Bu istəyi növbəti prezident Mixail Saakaşvili də təsdiqlədi. 2012-ci ildə hakimiyyətə gələn “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası hərbi bloka inteqrasiya istiqamətində kursunu davam etdirib. Bununla belə, eyni zamanda hakimiyyət Gürcüstanın ərazi bütövlüyünə xələl gətirmədən Rusiya Federasiyası ilə münasibətlərin tədricən normallaşdırılmasını ölkənin ən mühüm xarici siyasət hədəfi elan edib.

Fuad
Seçilən
33
1
newscenter.az

2Mənbələr