AZ

Prezident İlham Əliyev Slovakiya ilə müdafiə sənayesi əməkdaşlığının mahiyyətini açıqlayıb

Bizim digər perspektivli əməkdaşlıq sahəsi haqqında Siz artıq dediniz, bu da müdafiə sənayesi sahəsidir. Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib.

“Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, düz bir ay əvvəl – noyabrın 8-də Azərbaycan azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd edib və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaradıb: “Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq. Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq”.

Seçilən
24
4
poliqon.az

5Mənbələr