AZ

Putindən gözlənilən qərar: onları da müharibəyə hazırlayır

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı ildə Rusiyada ehtiyatda olan hərbçilər genişmiqyaslı təlimlərdə iştirak edəcəklər.

Globalinfo.az xəbər verir ki, təlimlər Rusiya Federasiyası Silahlı Qüvvələri, Milli Qvardiya qoşunları, Fövqəladə Hallar Nazirliyinin xilasedici hərbi hissələri, Federal Mühafizə Xidməti və Federal Təhlükəsizlik Xidməti tərəfindən təşkil ediləcək.

Bildirilir ki, bir qədər əvvəl Putin hərbi xidmətə çağırışın ilboyu aparılmasına icazə verən qanunu təsdiqləyib. Sənədə əsasən, tibbi müayinələr, peşəkar psixoloji testlər və çağırış şurasının iclasları keçiriləcək.

Bundan başqa, çağırışçılar ildə iki dəfə – 1 aprel–15 iyul və 1 oktyabr-31 dekabr tarixlərində hərbi xidmətə yollanacaqlar.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
globalinfo.az

2Mənbələr