Ötən il iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və bu da bizim münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmışdır.
“Poliqon” xəbər verir ki, bu sözləri Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
O bildirib ki, iki ölkə arasında qarşılıqlı maraq kəsb edən bütün sahələr üzrə əməkdaşlıq yüksək səviyyəyə qaldırıla bilər: “Biz gələcəkdə Slovakiya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq edəcəyik – müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələrdə”.
Slovakiya Prezidenti müdafiə sənayesinin çox vacib sahə olduğunu qeyd edib.
“Biz bu sahəni artıq inkişaf etdiririk. Biz, sadəcə olaraq, Azərbaycana silah satmaq niyyətində deyilik. Bildiyiniz kimi, bu sahə Slovakiyada çox inkişaf edib. Biz özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik”,
Mən şadam ki, bizim Baş nazirin müavini və müdafiə naziri cənab Kalinakın səfəri zamanı da Azərbaycan tərəfi avtomatik artilleriya sistemlərinin alışı ilə maraqlanıb və artıq niyyətini bildirib. Əminəm ki, bu silah növləri də Azərbaycan Silahlı Qüvvələrini gücləndirəcəkdir”, – deyə Peter Pelleqrini vurğulayıb.