AZ

Hollandiya Karib dənizinə gəmi göndərir



Bölgədə davam edən gərginlik fonunda Hollandiya “Den Helder” gəmisini Karib dənizinə göndərir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin bəyanatında deyilir ki, krallığın Karib hövzəsindəki əraziləri üçün mövcud təhlükələri nəzərə alaraq, gəminin göndərilməsi barədə qərar ehtiyat tədbirlərinə əsaslanır. Lazım gələrsə, Hollandiya qüvvələrinə logistik dəstək də verəcək.

Müdafiə Nazirliyinin məlumatına görə, “Den Helder” gəmisi əvvəllər Karib dənizi sularında olub, burada oktyabrın ortalarından etibarən isti iqlim sınaqlarında iştirak edib, daha sonra Norfolk və Nyu-York limanlarına baş çəkib.

Qeyd edək ki, Karib hövzəsində ABŞ və Venesuela arasında gərginlik artıb. Vaşinqton heç bir sübut olmadan Karakası narkotik ticarəti ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edib. Amerika mediası ABŞ-ın tezliklə Venesueladakı narkotik kartelinin hədəflərinə zərbələr endirməyə başlaya biləcəyini dəfələrlə yazıb.

Cavid
Seçilən
23
1
newscenter.az

2Mənbələr