Rusiyada erməni cinayətkar dəstəsinin üzvü həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Yolların təmirindən 16 milyon rubl oğurlayan və rüşvət verən Arayik Zakoyan cəzalandırılıb.
Çelyabinskdə erməni etnik mütəşəkkil cinayətkar dəstəsinin üzvü, “Qlobus” tikinti şirkətinin direktor müavini Arayik Zakoyan barəsində hökm oxunub.
O, rüşvətxorluq və yol təmiri üçün ayrılan büdcə vəsaitlərini mənimsəməkdə təqsirli bilinib. Məhkəmənin qərarı ilə Zakoyan 5,5 il müddətinə azadlıqdan məhrum edilib və 628 min rubl cərimələnib.
Məhkəmə müəyyən edib ki, Zakoyan Kunaşak–Ust-Baqaryak trassında aparılan yol işlərini yoxlamadan qəbul etməsi üçün “Çelyabinskavtodor”un şöbə rəisi Artyom Stepanova 628 min rubl (təxm. 14 mun man) rüşvət verib.
Bundan əlavə, Zakoyan Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyinə “Çebarkul–Misyaş–M-5 Ural” yolunun təmiri ilə bağlı yalan məlumatlar təqdim edib. Bu yolla o, dövlət büdcəsindən 16,4 milyon rubldan (təxm. 364 min man) çox vəsaiti oğurlayıb.
Qanun pozuntuları Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları tərəfindən aşkar edilib.
Xuraman Etibarlı
İnterpress.az