Biləsuvarın Çinarlı kəndində yanğın baş verib.
Kənd sakini Ziyəddin Məmmədova məxsus 4 otaqlı ev əşyaları ilə birgə yanaraq külə dönüb.
"Bizim hər şeyimiz bu evdə idi. Bir saatın içində yanıb kül oldu", - deyə ev sahibi bildirib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Telegram kanalımız