AZ

Amerikalıların yarıdan çoxu Ukraynanın ərazi güzəştlərinə getməsini istəyir

Harvard CAPS-Harris sorğusu: Amerikalıların yarıdan çoxu müharibənin bitməsi üçün Ukraynanın ərazi güzəştlərinə getməsini istəyir...

Respondentlərin 51 faizi kompromisə tərəfdardır, ABŞ ictimaiyyətinin böyük hissəsi Trampın sülh təşəbbüslərini dəstəkləyir.

Poliqon xəbər verir ki, Harvard CAPS-Harris sosioloji xidmətinin yeni sorğusu ABŞ ictimaiyyətinin Ukrayna müharibəsinə dair mövqeyində ciddi dəyişikliklər olduğunu ortaya qoyub. Respondentlərin 51 faizi hesab edir ki, Rusiya ilə münaqişənin sona çatması üçün Kiyev müəyyən ərazi güzəştlərinə razılıq verməlidir.

Sorğu nəticələrinə görə, amerikalıların ümumilikdə üçdə ikisi sabiq prezident Donald Trampın münaqişənin diplomatik həlli istiqamətində göstərdiyi səyləri dəstəkləyir. Tədqiqat müəllifləri bunu ABŞ cəmiyyətində “uzunmüddətli hərbi yardım modelindən yorulma” və “siyasi çıxış yollarına artan maraq” fonunda formalaşan tendensiya kimi qiymətləndirirlər.

Analitiklərə görə, bu nəticələr Vaşinqtonun Ukrayna siyasətinə təsirsiz ötüşməyə bilər. İctimai rəyin kompromisə meylli olması ABŞ-ın danışıqlarda daha fəal vasitəçi roluna keçməsi ehtimalını gücləndirir. Eyni zamanda sorğu göstərir ki, amerikalılar federal büdcənin xarici münaqişələrə deyil, sosial və iqtisadi daxili prioritetlərə yönəldilməsini arzulayırlar.

Ekspertlər bildirirlər ki, ABŞ-da seçkiqabağı dövrdə Ukrayna məsələsi həm siyasi debatların, həm də ictimai müzakirələrin mühüm mövzularından birinə çevrilir və sorğuda qeydə alınan rəqəmlər gələcək qərarların formalaşmasında mühüm rol oynaya bilər.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr