AZ

Baldızı oğlunun güllələnməsi xəbərinə İsa Həbibbəylidən reaksiya - "Xəbərim yoxdur"

“Neftçilər” metrosu yaxınlığında evlərdən birində qətl hadisəsi baş verib.

"Unikal" “Konkret.az”a istinadla xəbər verir ki, həmin ərazidə yaşayan Nicat adlı şəxs öz evində güllələnərək qətlə yetirilib.

Qətlə yetirilən şəxsin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik, İsa Həbibbəylinin baldızı oğlu olduğu iddia edilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Qeyd edək ki, akademik məsələ ilə bağlı suala sakit şəkildə belə cavab verib: “Mən eşitməmişəm. İndi gəlmişəm evə, xəbərim yoxdur”.

Seçilən
17
10
unikal.az

10Mənbələr