AZ

Yeni ilə qədər Putin və Tramp arasında görüş gözlənilmir

Kreml Rusiya və Amerika liderləri Vladimir Putin və Donald Tramp arasında görüşün bu ilin sonuna qədər müzakirə olunmadığını açıqlayıb.

“Hələlik bu barədə danışmırıq. Görüş hazırlıqlı olmalı və məhsuldar olmalıdır”, – deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”a verdiyi müsahibədə ilin sonuna qədər Rusiya-Amerika sammitinin keçirilməsi ehtimalını şərh edərkən bildirib.

Peskov vurğulayıb ki, belə bir görüşün effektivliyini təmin etmək üçün hazırda davam edən ilkin ekspert işi lazımdır.

“Baxaq. Floridada ukraynalılar və amerikalılarla danışıqların necə başa çatdığını hələ bilmirik. Bunu biləndə hara gedəcəyimizi biləcəyik”, – Kremlin sözçüsü vurğulayıb.

AzPost.az

Seçilən
6
azpost.info

1Mənbələr