ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyaya daxil olan miqrantlar üçün yeni nəzarət mexanizmi tətbiq olunmağa başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Moskva şəhər strukturlarına və FSB-yə yaxın mənbələr məlumat yayıb.
Mənbələr bildirir ki, ölkəyə gələn hər bir miqrantdan DNT nümunəsi, barmaq izləri və fotoşəkillər toplanacaq.
İddialara əsasən, onların smartfonlarına xüsusi proqram təminatı quraşdırılacaq. Bu proqram miqrantların real vaxtda geolokasiyasını, hərəkət marşrutlarını, əlaqələrini və ümumi fəaliyyətlərini izləməyə imkan verəcək.
Sistemin sosial şəbəkələri avtomatik skan etdiyi də deyilir. Məlumata görə, Suriyaya, müharibə bölgələrinə və ya radikal hesab edilən qruplara aid edilə biləcək “bəyənmə” və ya şərh miqrantın Rusiyaya girişinə qadağa qoyulmasına və ya polisə çağırılmasına səbəb ola bilər.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.