Gəncədə yol qəzası qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, hadisə şəhərin Mir Cəlal Paşayev küçəsində baş verib. Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində 2005-ci il təvəllüdlü H.Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta