Dünyada ən çox satılan avtomobillərin adları açıqlanıb.
Ölkə.Az xəbər verir ki, bu ilin ilk 9 ayı üçün qlobal avtomobil satış məlumatları elan edilib.
Elektrikli modellər artmağa davam etsə də, “Tesla Model Y” bu il birinci yerə çıxa bilməyib.
Siyahıda birinci yeri tutan model bir çox avtomobil həvəskarını təəccübləndirib.
2025-ci ilin ilk doqquz ayı üzrə satış məlumatlarına görə, “Toyota RAV4” dünyada ən çox seçilən avtomobil adını qoruyub saxlayıb. Model əvvəlki illə müqayisədə 1,5% artım göstərib və qlobal bazarda 2,5% payını qoruyub saxlayıb.
Mütəxəssislər hesab edirlər ki, “RAV4”ün uğuru əsasən yanacaq sərfiyyatına qənaət edən mühərrik seçimləri, davamlı dizaynı və aşağı texniki xidmət xərcləri ilə bağlıdır.
“Focus2Move” tərəfindən toplanan məlumatlara görə, dünyada ən çox satılan 10 model aşağıdakılardır:
- Toyota RAV4
- Toyota Corolla
- Ford F-Series (pickup)
- Tesla Model Y
- Honda CR-V
- Chevrolet Silverado (pickup)
- Toyota Camry
- Hyundai Tucson
- Toyota Hilux (pickup)
- Kia Sportage.
Billurə