AZ

Zelenski ABŞ-nin sülh planının niyə 20 bəndə endirildiyini izah etdi

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti ABŞ-yə sülh planının yenilənmiş – 20 maddəlik versiyasını təqdim edəcək və sənəddən Kiyev üçün qəbuledilməz hesab olunan müddəalar çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Zelenskinin sözlərinə görə, ərazi məsələsində hələlik kompromis əldə olunmayıb.

Prezident qeyd edib ki, ABŞ kompromis tapmağa hazırdır, lakin “çətin suallar” mövcudluğunu qoruyur.

Dövlət başçısı vurğulayıb ki, Ukraynanın öz ərazilərindən imtina etmək üçün nə konstitusion, nə beynəlxalq, nə də mənəvi haqqı var.

Seçilən
97
1
operativmm.az

2Mənbələr