AZ

Əməkdar jurnalist Naxçıvan televiziyasına rəhbər gətirilir-İDDİA

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin 6 aydan artıqdır boş qalan sədr postuna yaxın günlərdə yeni təyinat olacağı gözlənilir. Editor.az məlumatlı mənbələrə istinadən xəbər verir ki, bu vəzifəyə Əməkdar jurnalist Rəşad Nəsirovun gətiriləcəyi ehtimal olunur. Bununla bağlı artıq müvafiq təqdimatın hazırlandığı və siyasi qərarın verildiyi iddia olunur.

1977-ci il təvəllüdlü R.Nəsirov uzun illər müxtəlif televiziya kanallarında çalışıb. O, 2015–2020-ci illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsində işləyib.

Əməkdar jurnalist Rəşad Nəsirov 2023–2025-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində də çalışıb.

Hazırda o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, hazırda Naxçıvanı təmsil edən deputat Səttar Möhbalıyevin köməkçisi vəzifəsində fəaliyyət göstərir.

İddialara görə, Prezidentin Naxçıvandakı yeni səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun təyinatından sonra Muxtar respublikada kadr islahatlarına start verilib. İslahatlar çərçivəsində nümayəndəlikdə media və ictimaiyyətlə əlaqələrə cavabdeh olan bəzi qalmaqallı məmurların da yaxın vaxtlarda vəzifələrindən azad ediləcəyi bildirilir.

//Editor.az

Seçilən
68
1
editor.az

2Mənbələr