AZ

Levandovskinin performansı "Barselona"ya baha başa gələcək - ƏTRAFLI

“Barselona” ilə “Bayern Münhen” arasında Robert Levandovski transferi zamanı bağlanan müqavilədə yer alan xüsusi maddə yenidən gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, polşalı jurnalist Sebastyan Staşevskinin məlumatına görə, əgər Robert Levandovski bu mövsüm 25 qola çatarsa, “Barselona” Münhen klubuna əlavə olaraq 2,5 milyon avro bonus ödəməyə məcbur olacaq. Bu tələb iki klub arasında aparılan danışıqlar zamanı transfer paketinə daxil edilmişdi.

Levandovski hazırda komandada mühüm rol oynasa da, bonus maddəsinin aktivləşməsi “Barselona” üçün maliyyə baxımından əlavə yük yarada bilər

Qeyd edək ki, cari mövsümdə polşalı forvardın aktivində 8 qol var.

Kamil Xudiyev

Seçilən
14
1
fanat.az

2Mənbələr