Zaxarova ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Rusiyanın adının çəkilməsini qiymətləndirib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiyanın ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında adı çəkilməsi vacibdir.
RİA Novosti onun sözlərini sitat gətirib:
"Sənəddə Rusiyanın ümumavropa təhlükəsizliyi kontekstində qeyd edilməsi də vacibdir, halbuki dövlətimizin sistemli şəkildə məhdudlaşdırılması və ya bizə qarşı iqtisadi təzyiqin artırılması çağırışları yoxdur", - deyə diplomat bildirib.
Daha əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, ABŞ və prezident Donald Tramp Rusiya və Ukraynanı danışıqlar masasına gətirə biləcək yeganə qüvvədir.
aia.az
Tərcümə şöbəsi