Evlər... həyətlər... Hətta küçələr də suya qərq olub...
Xezerxeber.az xəbər verir ki, evlərinə getmək istəyən Sakinlər bu çirkab sularının içiərisindən keçməyə məcbur olurlar.
Sumqayıt şəhərinin Hacı Zeynalabdin tağıyev qəsəbəsində kanalizasiya sularının həyət və küçələrə dolması ciddi çətinlik yaradıb. Sakinlərin sözlərinə görə, artıq bir neçə gündür ərazidə vəziyyət dözülməz həddə çatıb.
Onlar bildirir ki, uşaqlar məktəbə gedə bilmir, evdən çıxmaqda çətinlik çəkirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.