AZ

Masallıda rayon rəhbəri şəhidin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirdi » AzadMedia.az


Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının Birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyi və bələdiyyə Göyəçöl kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində I Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun adını daşıyan küçədə 06.12.2025-ci il tarixdə döşənmiş asfalt örtüyünə yerində baxış keçirmişlər.

Rayon rəhbərliyinin daxili imkanlar hesabına həyata keçirdiyi bu layihə kəndin yol infrastrukturunun yaxşılaşdırılmasına, sakinlərin rahat gediş-gəlişinə xidmət edir.

Baxış zamanı icra başçısına görülən işlərin həcmi, asfaltın keyfiyyəti və gələcəkdə nəzərdə tutulan abadlıq planları barədə məlumat verilib. Qeyd olunub ki, yolun yenilənməsi həm kəndin ümumi görünüşünə müsbət təsir göstərir, həm də şəhərin şəhid adının daşıyan əraziyə xüsusi diqqət və ehtiramın ifadəsidir.

Səfər çərçivəsində rayon rəhbəri I Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun ailəsini də ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıb. Şəhid ailəsinə göstərilən dövlət qayğısının davamlı xarakter daşıdığı vurğulanıb və onların rifahının hər zaman diqqət mərkəzində olduğu bildirilib.

Qeyd edək ki, Masallı rayonunda aparılan bu tip layihələr həm şəhidlərimizin xatirəsinə ehtiramın, həm də regionun sosial infrastrukturunun inkişafına verilən önəmin bariz nümunəsidir.

Şəhidin ailə üzvləri görülmüş işlərə, şəhid küçəsinə asfalt örtüyünün döşənməsinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olanların hər birinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Seçilən
21
11
azadmedia.az

10Mənbələr