AZ

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

Dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti LeylaƏliyeva və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşidbin Həmdan bin Rəşid Əl Maktum arasında görüş keçirilib.

Trend xəbər verir ki, Bakıdakeçirilən “İslam dünyasında süni intellekt indeksinin təqdimatı”konfransında iştirakdan məmnunluğunu bildirən Şeyx Rəşid bin Həmdanbin Rəşid Əl Maktum süni intellekt üzrə tədbirlərin, bu sahədəəməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, təhsilvə sosial sahədə icra edilən proqram və layihələrin önəmindəndanışıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hər ikiqurum arasında əməkdaşlıq perspektivlərinin vacibliyini diqqətəçatdırıb.

Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum Heydər Əliyev Fondununİslam dünyasında və digər ölkələrdə təhsil, sosial dəstəklayihələri üzrə “Həmdan-ICESCO” mükafatına layiq görülməsimünasibətilə bir daha təbriklərini çatdırıb.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsilvə sosial sahələrə hər zaman önəm verdiyini qeyd edib, Fondun“Həmdan-ICESCO” mükafatı ilə təltif olunmasına görə minnətdarlığınıifadə edib.

Heydər
Heydər
Seçilən
102
27
az.trend.az

10Mənbələr