Yük maşınından düşən su çəni sürücülərə çətin anlar yaşadıb.
Xezerxeber.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl paytaxtın hərəkətin intensiv olduğu Ziya Bünyadov prospektində baş verib. Hadisənin görüntüsü anbaan arxadakı avtomobildəki kameraya qeyd olunub.
Yük maşınında bərkidilməmiş vəziyyətdə daşınan plastik su çəni qəfildən yola düşüb. Bu zaman arxadan gələn minik avtomobilin qarşısına düşüb. Sürücü son anda sağa manevr edərək qəzadan yayına bilib. Sosial şəbəkələrdə oxşar qəzaların videoları ilə tez-tez rastlaşırıq.
Hadisədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də xəbərdardır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.