AZ

Cəsarət Hüseynzadə: "Slovakiya ilə tərəfdaşlıq yeni strateji mərhələyə keçir"

"Azərbaycan və Slovakiya arasında formalaşmış qarşılıqlı etimad mühiti ikitərəfli əlaqələrin sürətlə inkişafına zəmin yaradır".

QHT.az xəbər verir ki, bunu “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib. QHT sədri vurğulayıb ki, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə və yüksək səviyyəli səfərlər siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığı yeni mərhələyə yüksəldib:

"Slovakiya şirkətlərinin Qarabağ bərpa layihələrində iştirakı tərəfdaşlığın əhəmiyyətini artırır və Prezident İlham Əliyevin Slovakiyaya səfəri bu münasibətlərin geostrateji baxımdan daha da möhkəmlənməsinə xidmət edir".

 

Pərvanə Fərhadqızı

Seçilən
69
qht.az

1Mənbələr