"Azərbaycanda müxalifət var, amma Əli Kərimli və onun komandası müxalifət deyil".
Newscenter.az xəbər verir ki, bunları ictimai-siyasi fəal Anar Salehoğlu deyib. O bildirib ki, müxalifət dövlətə qarşı işləməz, xarici dairələrdən tapşırıq almaz, dağıdıcılıq yox, konstruktivlik təklif edər, milli maraqları şəxsi qisasdan üstün tutar:
"Əli Kərimli isə bu kriteriyaların heç birinə uyğun gəlmir. Onun fəaliyyəti illərdir bir şeyi sübut edir. Bu qrup Azərbaycan dövlətinə alternativ təklif etmir, sadəcə xaosdan, nifrətdən və parçalanmadan bəslənir".
O qeyd edib ki, normal müxalifət dövlət quruculuğuna dəstək ola, tənqidi rasional formada edə bilər:
"Amma bunların fəaliyyəti heç vaxt müxalifətçilik olmayıb – bu, siyasi sabotajdır".
Süleyman