ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
“Prezident İlham Əliyevin konfransa göndərdiyi müraciət ölkədə hüquqi dəyişikliklərin ola biləcəyi barədə müzakirələri gücləndirib. Çıxış birbaşa Konstitusiyanın dəyişəcəyini demir, amma hüquqi sistemin yenilənməsi ilə bağlı mesajlar bu ehtimalı gündəmə gətirir”.Bunu Demokrat.az-a danışan siyasi şərhçi Asif Nərimanll bildirib.O diqqətə çatdırıb ki, Azərbaycanda Konstitusiya yalnız ciddi zərurət olduqda dəyişdirilir:“Hazırda idarəetmənin rəqəmsallaşması, iqtisadi modeldə yeniliklər və vətəndaş hüquqlarının genişlənməsi kimi proseslər gedir. Bu proseslər bəzən hüquqi çərçivənin də yenilənməsini tələb edir. Regionda vəziyyətin dəyişməsi, post-münaqişə dövrü və təhlükəsizlik məsələləri də Konstitusiya dəyişikliyi ehtimalını artıran amillərdir. Bəzi ekspertlər düşünür ki, dövlət orqanları arasında səlahiyyət bölgüsünün daha dəqiq müəyyən olunmasına ehtiyac yarana bilər. Son illərdə aparılan struktur islahatları göstərir ki, ölkə daha çevik və müasir idarəetmə modelinə keçmək istəyir. Bu model bəzən Konstitusiyada düzəlişləri tələb edə bilər. Amma hər bir Konstitusiya dəyişikliyi yalnız geniş ictimai müzakirə və siyasi razılıq olanda həyata keçirilə bilər. Hazırda bu məsələ ehtimal kimi müzakirə olunur. Yəni dəyişiklik mümkündür, amma bunun hansı istiqamətdə olacağı yalnız rəsmi qərardan sonra bilinəcək”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.