AZ

Zelenski Avropa liderləri ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfər edib. O, səfər çərçivəsində Avropa liderləri ilə görüşüb.

Publika.az xəbər verir ki, onlar Böyük Britaniyanın Baş naziri Kir Starmerin iqamətgahında danışıqlar aparıblar. Zelenski və Starmer, həmçinin Aİ və NATO liderləri ilə video müzakirə aparıblar.

Kir Starmer, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Fridrix Merts Londonda birgə görüşdən sonra jurnalistlərin suallarını cavablandırmayıblar.

Liderlər ənənəvi foto üçün Starmerin Dauninq-stritdəki iqamətgahından çıxsalar da, görüş barədə fikir bildirməyiblər.

Seçilən
101
publika.az

1Mənbələr