AZ

Qeyri-adi TAPINTI: İnəyin mədəsindən külli miqdarda pul ÇIXDI – VİDEO

Başqırdıstanda fermer inəyin mədəsindən külli miqdarda pul tapıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Heyvanın mədəsindən çıxan pul kisəsində naməlum şəxsə aid sənədlər də olub.

Hadisə Rusiyanın Başqırdıstan Respublikasında baş verib. Fermer kəsdiyi inəyin mədəsindən külli miqdarda pul tapıb.

Məlumata görə, pullar pul kisəsinin içərisində olub. Kişi heyvanı kəsib doğrayarkən bu qeyri-adi tapıntı ilə qarşılaşıb.

Kisənin içərisində puldan əlavə, “Dorofeyev” soyadlı naməlum bir kişiyə aid sənədlər də aşkar edilib.

Fermerin sözlərinə görə, heyvan tez-tez zibillik ərazilərdə gəzirmiş və böyük ehtimalla pul kisəsini məhz orada tapıb və udub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
interpress.az

1Mənbələr