AZ

“Qəbələ” - “Turan Tovuz” matçının taleyi bəlli olub

Misli Premyer Liqasının XIV turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunundan sonra bütün texniki imkanlar araşdırılıb.

Turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib.

Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib. Oyunun keçirilmə tarixi ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.

Qeyd edək ki, Misli Premyer Liqasının XIV turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu 24-cü dəqiqədə qatı duman səbəbindən dayandırılıb. Stadionda oyun zamanı görmə məsafəsinin çox aşağı düşməsi, demək olar sıfıra yaxınlaşması səbəbindən matçın davam etdirilməsi mümkün olmayıb. Prosedur qaydalarına uyğun olaraq stadiona yenidən baxış keçirilsə də, hava şəraiti oyunun davam etdirilməsinə imkan verməyib.

“Ayaks” "Qarabağ"la görüşə “Neftçi”nin bazasında hazırlaşacaq

"Qarabağ" - "Ayaks" matçının biletləri tükənir

"Qəbələ" - "Turan Tovuz" - HEYƏTLƏR

Kamal Umudlu "Çelsi"nin matçına təyinat alıb

"Qarabağ" "Ayaks"la oyundan əvvəl azarkeşlərə müraciət edib

Seçilən
91
3
apasport.az

10Mənbələr