AZ

Le Minde: Avropalıların və ukraynalıların əlində çoxlu kozırlar var...

London görüşü Kiyev üçün dəstəyin davam etdiyini göstərdi…

Poliqon xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer Londonun Dauning-strit, 10 ünvanındakı rəsmi iqamətgahında Vladimir Zelenski, Emmanuel Makron və Fridrix Merts ilə görüş keçirib. Starmer bəyan edib ki, London Ukraynanın tərəfində dayanır.

Baş nazirin sözlərinə görə, əgər atəşkəs əldə olunacaqsa, bu, ədalətli və dayanıqlı olmalıdır.

“Ukraynaya aid məsələlər Ukraynanın özünə məxsusdur. Biz burada həm münaqişə dövründə, həm də danışıqlar prosesində sizə dəstək vermək üçün varıq”, deyə Britaniya baş naziri Zelenskinin iştirakı ilə bildirib.

Almaniya kansleri Fridrix Merts isə ABŞ-dən daxil olan bəzi sənədlərlə bağlı skeptik olduğunu deyib, lakin detalları açıqlamayıb.

“Bu məqam hamımız üçün həlledici ola bilər”, deyə Merts vurğulayıb.

Fransa prezidenti Emmanuel Makron müzakirələrin başa çatdırılması üçün əsas problemin Avropa və Ukrayna mövqeləri ilə ABŞ mövqeyi arasında “uyğunluğun təmin edilməsi” olduğunu vurğulayıb.

Makron əlavə edib ki, avropalıların və ukraynalıların əlində mühüm “kozırlar” var.

“Ukraynaya maliyyə dəstəyi, Ukrayna ordusunun Rusiya qüvvələrinə göstərdiyi müqavimət, eləcə də AvropaABŞ sanksiyalarının Rusiya iqtisadiyyatına təsiri bu “kozırlar”a  aiddir”, deyə Bakron vurğulayıb.

Poliqon.info

Seçilən
71
1
poliqon.info

2Mənbələr