AZ

“Mina təmizlənməsi olmadan heç bir ekoloji layihə effektiv ola bilməz” - İradə Həsənova

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova mina və partlamamış hərbi sursatların həm insan təhlükəsizliyi, həm də sosial-iqtisadi inkişaf üçün yaratdığı ciddi təhdidlər barədə QHT.az-a açıqlama verib.

QHT sədri bildirib ki, minalar yalnız həyat üçün deyil, həm də ekoloji və iqtisadi proseslər üçün uzunmüddətli maneələr yaradır:

"Bu gün demək olar ki, mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur.

Qarabağda minalanmış ərazilərin təmizlənmsi təkcə təhlükəsislik tədbiri deyil eyni zamanda torpağın bərpası , ekosistemin dirçəlməsi və kənd təsərrüfatının yenidən canlanması üçün açar mərhələdir. Mina və partlamamış sursatlar torpaq istifadəsini illərlə bloklayır, bərpa prosesini yavaşlatır. Buna görə də minalardan təmizlənmə işləri nə qədər surətli aparılarsa torpağın ekololji və iqtisadi dövriyyəyə qayıtması da o qədər surətlənər".

QHT sədri vurğulayıb ki, minalar əkinçilik və heyvandarlığın bərpasına imkan vermir,meşə və yaşıllaşdırma layihələrini dayandırır, insanların geri qayıdışını gecikdirir:

"Minaların təmizlənməsi isə torpaqlar hüquqi və faktiki istifadəyə açılır, kənd təsərrüfatı planları reallaşa bilir, kəndlərin, infrastrukturların tikintisi başlayır. Bu isə o deməkdir ki,torpaq bərpasında ilkin və kritik mərhələ  mina təmizlənməsidir. Bu olmadan heç bir ekoloji layihə effektiv ola bilmir."

Ardı var...

 

Pərvanə Fərhadqızı

Seçilən
20
qht.az

1Mənbələr