AZ

Energetika Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın ən perspektivli sahələrindən biridir - GLOBSEC

Bakı. Trend:

Energetika Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın ənperspektivli sahələrindən biridir.

Bunu Trend-əGLOBSEC (Bratislava) Qlobal beyin mərkəzinin İqtisadiyyat və biznesproqramının direktoru Zuzana Pelakova bildirib.

“Slovakiya üçün təbii qazın idxalı prioritet istiqamətdir.Rusiya qazının Ukrayna üzərindən axını 2024-cü ildə Ukraynatərəfinin əsaslandırılmış qərarından sonra dayandırılıb və təbiiqazdan güclü asılılığı olan slovak iqtisadiyyatı indi tədarüküşaxələndirmək imkanlarını axtarır. Əsas məhdudiyyət infrastrukturlabağlıdır: Türkiyədən Balkanlar üzərindən şimala gedən borukəmərləri tam yüklənib. Slovakiya şaxələndirməyə hazırdır, lakinqabaqca infrastruktur problemləri həll olunmalıdır", - deyə obildirib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cüilin dekabr ayı ərzində slovak dövlət enerji təminatçısı SPP-yətəbii qaz tədarük edib. Tədarüklər 2024-cü il dekabrın 1-dəbaşlamış və SOCAR ilə SPP arasında qısamüddətli pilot sazişçərçivəsində həyata keçirilmişdir.

"Yaşıl" energetika sahəsində əməkdaşlığa gəlincə, Pelakovavurğulayıb ki, Slovakiya artıq Azərbaycana istilik nasosları ixracedir və bu nasoslar aşağı karbon izinə malik elektrik enerjisininistifadəsi zamanı emissiyaların azaldılmasında mühüm roloynayır.

"Slovakiya Avropada ən 'təmiz' enerji sistemlərindən birinəmalikdir, güclü nüvə sektoru sayəsində və dünya üzrə nüvəenerjisinin ən böyük payına malik ölkə olmağı hədəfləyir", - deyə oəlavə edib və slovak nüvə energetikası sahəsində fəaliyyət göstərənşirkətlərin təcrübə paylaşmağa və əməkdaşlığı inkişaf etdirməyəhazır olduğunu qeyd edib.

Pelakova həmçinin qeyd edib ki, Azərbaycan Qafqazda Slovakiyanınəsas ticarət tərəfdaşı olsa da, iqtisadi əməkdaşlığın ümumi həcmihələ də məhdud qalmaqdadır . Onun fikrincə, Azərbaycanın ÜmumdünyaTicarət Təşkilatına (ÜTT) üzvlüyü ticarət əlaqələrinin genişlənməsiüçün yeni imkanlar açacaq.

Ekspertin sözlərinə görə, regionun iqtisadi əlaqələriningücləndirilməsi baxımından Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyətdaşıyır.

“Infrastrukturun olmaması xüsusi olaraq enerji sahəsində , eləcədə digər sahələrdə daha sıx iqtisadi əməkdaşlıq üçün əsas əngəlolaraq qalmaqdadır. Məhz bu səbəbdən Orta Dəhliz onun Mərkəzi Asiyailə əlaqələrindən asılı olmayaraq önəmli olmağa davam edəcək.Hazırki slovak hökuməti Özbəkistan və Qazaxıstan daxil olmaqla ,Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi üzərindəçalışır”, - deyə o yekunlaşdırıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin son məlumatlarına görə,2025-ci ilin ilk on ayında Slovakiyaya ixrac 564,78 min dollartəşkil edib, bu ölkədən idxal isə 36,139 milyon dolları ötüb.

Məqalədə:
Seçilən
65
2
az.trend.az

3Mənbələr