Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
NOCOMMENT.az xəbər verir ki, yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksək ərazilərdə qeydə alınıb.
Dağlara çökmüş duman və aramsız yağan qar Laza kəndinə və ətrafına möhtəşəm mənzərə bəxş edib.