AZ

Prezident: Slovakiya və onun qonşularına Azərbaycan qazının təchizatı daha da artacaq

Energetika sahəsi üzrə konkret layihələr həyata keçirilir. Keçən il ilk dəfə Azərbaycan qazı Slovakiyaya təchiz edilib.

APA-nın Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarında deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın zəngin qaz yataqları imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qaz ixrac edək: “Boru kəmərləri ilə qaz təchizatçısı ölkəsi olaraq biz birinci yerdəyik. Həm Slovakiya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da artacaq”.

Seçilən
37
4
apa.az

6Mənbələr