AZ

İran İlham Əliyevin Tehrana səfərini nə üçün israrla istəyir?

“Azərbaycanla İran arasında yaxşı münasibətlər var. Hər iki tərəf bu münasibəltərin daha da dərinləşməsinə, mehriban qonşuluğun daha da möhkəmlənməsinə çalışır. Azərbaycan üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirir. Rəsmilərin qarşılıqlı səfərləri artıq adi hal alıb. Bu isə göstərir ki, Azərbaycanla İranın müzakirə edəcəyi məsələlər çoxdur. İran XİN başçısının səfəri mühüm hadisədir. Bu milli maraqların ortaq nöqtələrini tapmağa, dünyada və regionda baş verənləri müzakirə edib, mövqeləri öyrənməyə kömək edir. Şimal-Cənub logistika xəttinin inkişafı, Ermənistan ərazisində açılacaq Zəngəzur dəhlizi, həmçinin iqtisadi əlqələr, İranın sərhədyanı zonası ilə Naxçıvan arasında ticarət-iqtisadi əlaqələr müzakirə edilib”.Bakıda səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfrasında Prezident İlham Əliyevin Tehrana səfərini səbirsizliklə gözlədiklərini söyləyib. Azərbaycan Prezidentinin İranın bu arzusunu, gözləntisini yerinə yetirəcəyi gözləniləndirmi? İran Prezident İlham Əliyevin səfərini nədən bu qədər çox istəyir?

Hikmət

 Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, İranla Azərbaycan qonşu ölkələrdir və bu iki ölkəni çoxsaylı ortaq dəyərlər birləşdirir. Ona görə də İran-Azərbaycan münasibətləri məhz İran və Azərbaycan xalqlarının maraqlarına uyğun olaraq inkişaf etməlidir: “Son dövrlərdə İran Prezidenti cənab Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra iki dövlətin münasibətlərində bir dinamika müşahidə edilməkdədir. Elə bu gün xarici işlər naziri Əraqçinin Azərbaycana səfəri də bunun göstəricilərindən biridir. Əlbəttə ki, israrla Azərbaycan Prezidentinin İrana səfərə dəvət edilməsi şübhəsiz ki, həm dediyimiz tarixi reallıqlardan, bugünkü beynəlxalq münasibətlər sisteminin, Azərbaycanın yaratdığı yeni gündəmin tələblərindən, həm də qonşu ölkə kimi bu münasibətlərə impuls vermək zərurətindən irəli gəlir. Ona görə də Azərbaycan Prezidentinin yaratdığı yeni reallıqlar həm də İran üçün yeni iqtisadi imkanlar, kommunikasiya imkanları yaradıb. Buna görə də Azərbaycan Prezidenti İranda ən arzu edilən ali səviyyəli qonaqlardan biri hesab edilir”.

Azərbaycan Prezidentinin İrana səfər edib-etməyəcəyinə gəldikdə, deputat deyib ki, bu, artıq rəsmi protokol qaydası ilə mümkün olan və tərtib edilən bir səfərdir.

Seçilən
24
editor.az

1Mənbələr