AZ

Yaponiyada ilin ən güclü zəlzələsi oldu


Yaponiyada 7,2 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə NHK məlumat yayıb. 
Bildirilib ki, zəlzələnin episentri Honsyu adasının şimalından təxminən 80 kilometr şərqdə dənizdə olub.
Ən güclü yeraltı təkanlar Aomori prefekturasında hiss olunub. Dağıntı və tələfat barədə məlumat verilməyib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Seçilən
37
yeniavaz.com

1Mənbələr