AZ

Türkiyədə mərc oyunlarına görə saxlanılan tanınmış şərhçi infarkt keçirdiyi üçün sərbəst buraxılıb

Bakı, 8 dekabr, AZƏRTAC

Türkiyədə mərc oyunları ilə bağlı saxlanılan 40 nəfərdən 39-unun işi məhkəməyə göndərilib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, saxlanılanlardan yalnız Ahmet Çakar sərbəst buraxılıb.

Futbol şərhçisi infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilib. O, müalicədən sonra vəziyyətindən asılı olaraq, ifadə vermək üçün məhkəmə gətiriləcək.

Qeyd edək ki, mərc oyunları ilə bağlı saxlanılanlar arasında “Qalatasaray”ın futbolçusu Metehan Baltacı, “Fənərbağça”nın yarımmüdafiəçisi Mərt Hakan Yandaş, futbol hakimi Zorbay Küçük və “Adana Dəmirspor” klubunun keçmiş prezidenti Murat Sancak da var.

 

Seçilən
74
azertag.az

1Mənbələr