"Beşiktaş"a böyük ümidlərlə transfer edilən, lakin gözləntiləri tam qarşılamayan Ernest Muçi, qış fasiləsində icarə əsasında keçdiyi "Trabzonspor"da əsl yüksəliş dövrünü yaşayır.
Fanat.Az xəbər verir ki, albaniyalı futbolçu son 3 liqa matçında 5 qolla çıxış edərək komandasının aparıcı isimlərindən birinə çevrilib.
Dünən keçirilən "Göztepe" – "Trabzonspor" matçında da Muçi parlaq oyun göstərib. O, vurduğu 2 qolla komandasına qələbə qazandırıb və görüşün əsas qəhrəmanı olub. Qarşılaşma 2:1 hesabı ilə Trabzonsporun xeyrinə başa çatıb.
Trabzon klubunda sərgilədiyi oyun Muçinin öz potensialını tapmaq yolunda böyük addımlar atığını göstərir. Futbolçunun transfer dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.
Kamil Xudiyev